Dmitri Nazarov: Ümid edirəm ki, Almaniya ilə oyuna da dəvət alacağam
26 avqust 2016 13:40
Almaniyanın "Ersgebirge" klubunun azərbaycanlı futbolçusu Dmitri Nazarov yığmamızda oynamasından danışıb. Azerisport.az xəbər verir ki, o, Aue klubunun rəsmi saytına açıqlamasında bunları söyləyib:
"Berti Foqts mənə Azərbaycan yığmasında oynamağı təklif edən kimi bunu qəbul etdim. Bu kiçik ölkədə idman infrastrukturu gündən-günə yaxşılaşır. Böyük milli stadionumuz var. Yığmada oynamaqla nəhəng komandalara qarşı mübarizə aparmaq şansı qazanırsan. Necə ki, ötən seçmə mərhələdə İtaliya və Xorvatiyaya qarşı oynadıq. Bakıda hətta İtaliya yığmasına qol da vurdum. Ümid edirəm ki, növbəti seçmə mərhələdəki Almaniya ilə oyuna da dəvət alacağam".