İcraiyyə Komitəsinin üzvləri millimizin futbolçuları ilə görüşəcək
26 avqust 2016 11:45
Avqustun 29-da, saat 18:00-da, Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Məşq Mərkəzində AFFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək. Azerisport.az xəbər verir ki, iclasdan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev və İcraiyyə Komitəsinin üzvləri Azərbaycan milli komandası ilə görüşəcək, ardınca millinin məşqini izləyəcəklər.