Qarabağ və Qəbələnin qrup mərhələsindəki rəqibləri bilindi
Avropa Liqanın qrup mərhələsinə yüksələn “Qarabağ” və “Qəbələ”nin rəqibləri bu gün müəyyənləşib. Azerisport.az xəbər verir ki, Monakoda keçirilən püşkatma mərasimində 48 komanda 12 qrupa bölünüb.
Avroliqanın qrup mərhələsində iştirak edəcək 48 klubun bölündüyü səbətlərin tərkibi belə idi:
1-ci səbət: "Şalke" (Almaniya), "Zenit" (Rusiya), "Mançester Yunayted" (İngiltərə), "Şaxtyor" (Donetsk, Ukrayna), "Atletik" (İspaniya), "Olimpiakos" (Yunanıstan), "Vilyarreal" (İspaniya), "Ayaks" (Hollandiya), "İnter" (İtaliya), "Fiorentina" (İtaliya), "Anderlext" (Belçika), "Viktoriya" (Plzen, Çexiya)
2-ci səbət: "AZ Alkmaar" (Hollandiya), "Braqa" (Portuqaliya), "Zalsburq" (Avstriya), "Roma" (İtaliya), "Fənərbaxça" (Türkiyə), "Sparta" (Praqa, Çexiya), PAOK (Yunanıstan), "Styaua" (Rumıniya), "Genk" (Belçika), APOEL (Kipr), "Standard" (Belçika), "Sent-Etyen" (Fransa)
3-cü səbət: "Gent" (Belçika), "Yanq Boyz" (İsveçrə), "Krasnodar" (Rusiya), "Rapid" (Vyana, Avstriya), "Slovan" (Liberets, Çexiya), "Selta" (İspaniya), "Makkabi" (Təl-Əviv, İsrail), "Feyenoord" (Hollandiya), "Austria" (Avstriya), "Maynts" (Almaniya), "Sürix" (İsveçrə), "Sautgempton" (İngiltərə)
4-cü səbət: "Panatinaikos" (Yunanıstan), "Sassuolo" (İtaliya), "Qarabağ" (AZƏRBAYCAN), "Astana" (Qazaxıstan), "Nitsa" (Fransa), "Zarya" (Ukrayna), "Astra" (Rumıniya), "Konyaspor" (Türkiyə), "Osmanlıspor" (Türkiyə), "Qəbələ" (AZƏRBAYCAN), "Hapoel" (Beer-Şeva, İsrail), "Dandolk" (İrlandiya).
Püşk nəticəsində Azərbaycanı Avroliqanın qrup mərhələsində təmsil edən "Qarabağ"la "Qəbələ"nin də rəqibləri bəlli olub.
A qrupu: Mançester Yunayted, Fənərbaxça, Feyenoord, Zarya
B qrupu: Olimpiakos, APOEL, Younq Boys, Astana
C qrupu: Anderlext, Sent-Etyen, Maynz, Qəbələ
D qrupu: Zenit, Az Alkmaar, Makkabi (Təl-Əviv)
E qrupu: Viktoriya, Roma, Austria, Astra
F qrupu: Atletik, Genk, Rapid, Sassulo
G qrupu: Ayaks, Standard, Selta, Panatinaikos
H qrupu: Şaxtyor, Braqa, Gent, Konyaspor
İ qrupu: Şalke, Zalsburq, Krasnodar, Nitsa
J qrupu: Fiorentina, PAOK, Slovan, Qarabağ
K qrupu: İnter, Sparta, Sauthempton, Hapoel Beer Sheva
L qrupu: Villareal, Styaua, Sürix, Osmanlıspor.
Qeyd edək ki, Avroliqada qrup mərhələsinin ilk turunun oyunları sentyabrın 15-də keçiriləcək.