Rikardinyo: Qrup mərhələsinə çox yaxınıq
25 avqust 2016 18:30
"Qəbələ"nin müdafiəçisi Rikardinyo Avropa Liqasının pley-off mərhələsi çərçvəsində Sloveniya "Maribor"una qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında bunları söyləyib:
"Matça hazırıq. Əsas hədəfimiz rəqibin hücumlarını neytrallaşdırmaqdır. Eyni zamanda öz şanslarımızdan yararlanmalıyıq. İlk oyun çox ağır keçdi. Amma biz qələbə qazanmağı çox istəyirdik və buna da nail olduq. Cavab oyununda da məğlubiyyət barədə düşünmürük. Uğur qazanacağımıza inanırıq. Yaxşı ki, Premyer Liqanın 3-cü turu çərçivəsində "Sumqayıt"la oyunumuz təxirə salındı. Bunun nəticəsi kimi normal istirahət edə bildik. Qrup mərhələsinə vəsiqə qazanmağa çox yaxınıq".