Ernad Skuliç: Ümid edirəm ki, Bakı nə vaxtsa böyük futbola qayıdacaq
25 avqust 2016 19:30
"Bakı"nın sabiq kapitanı Ernad Skuliç bu klubun yeni mövsümdən birinci diviziona da buraxılmamasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bunu eşidəndə çox üzüldüm. Ola bilsin ki, komandada maliyyə problemləri var. Biz "Bakı" ilə çempion olanda klub transferlərə çox pul xərcləyirdi. Hər il 10 futbolçu gəlirdi, bir o qədəri gedirdi. Yəqin ki, o vaxt transferlərə çox pul xərclənməsi təsirini göstərib. Amma ümid edirəm ki, klub rəhbərliyi tezliklə bütün problemləri həll edəcək və "Bakı" böyük futbola qayıdacaq. Orada əla şərait, infrastruktur var".