Kadis Eddi İsrafilovu təqdim etdi
25 avqust 2016 16:30
İspaniyanın "Kadis" klubu Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovu rəsmən ictimaiyyətə təqdim edib. Azerisport.az xəbər verir ki, futbolçumuz bu keçidlə bağlı fikirlərini də bölüşüb:
"Komandama kömək etməyi çox istəyirəm. Əminəm ki, yaxşı mövsüm keçirə biləcəyik. Bu futbol ailəsinin bir üzvü olmaq istəyirəm. Mövqeyimə gəlincə, konkret nəyəsə üstünlük vermirəm. Yarımmüdafiənin hər nöqtəsində çıxış edə bilərəm".