Qarabağın sabiq forvardı Bakı və Azərbaycanı təriflədi
25 avqust 2016 14:00
"Qarabağ"ın sabiq hücumçusu Samuel Armenteros Ağdam klubundakı karyerası barədə danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Azərbaycan çox gözəl yerdir, yaşamağa dəyər. Ora mənim çox xoşuma gəldi. Bakı müasir şəhərdir, mini-Dubaya bənzəyir. Orada gözəl otellər, restoranlar, hava, çimərlik var ". (Expressen)