Arif Əsədov: Qarabağ üçün 0:1 çox təhlükəli nəticədir
25 avqust 2016 13:40
Azərbaycanlı mütəxəssis Arif Əsədov Avropa Liqasında çıxış edən "Qarabağ"la "Qəbələ"nin qrup mərhələsinə vəsiqə qazanmaq şanslarını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İsveçdəki yaxşı oyuna baxmayaraq, "Qarabağ" "Qöteborq"a minimal hesabla uduzdu. Bu, çox təhlükəli nəticədir. Bu gün müdafiədə çox diqqətli oynamaq lazım gələcək. İsveçlilərin standart vəziyyətləri də çox təhlükəli olacaq. Bu, onların əsas üstünlüydür. "Qarabağ" tribunaların da dəstəyi sayəsində bu rəqibini keçə bilər.
"Qəbələ" isə Sloveniyaya yaxşı nəticə ilə yollanıb. Amma onlar da "Maribor"la cavab matçında arxayınlaşmamalıdırlar. Rəqib riskə gedəcək. Bundan yararlanmaq və ən azı bir qol vurub, ümumi uğuru zəmanət altına almaq lazımdır".