Zlatko Zahoviç: Qəbələni əsl cəhənnəm gözləyir
25 avqust 2016 01:00
Sloveniyanın "Maribor" klubunun idman direktoru Zlatko Zahoviç Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, Bakıda 1:3 hesabıyla məğlub olan Sloveniya klubunun rəsmisi iddialı danışıb:
"Zəif rəqib olmur. Avropa Liqasının pley-off mərhələsində isə ümumiyyətlə zəif rəqib dəqiq yoxdur. Mövsümün əvvəlində hara qədər irəliləyəcəyimizi bilmirdik. Amma hazırda Avroliqanın pley-off mərhələsindəyik. Qrup mərhələsinə vəsiqə qazanmaq üçün də real şansımız var. Bizim azarkeşlərimizlə hər şey mümkündür. Onlar bizə əlavə güc və enerji verirlər. "Qəbələ"ni əsl cəhənnəm gözləyir".