Qöteborq Bakıya 1 saat gec gəldi
24 avqust 2016 19:30
Sabah Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"ın rəqibi olan İsveçin "Qöteborq" klubu Bakıya gəlib. Azerisport.az xəbər verir ki, qonaq komandanı gətirən reys 1 saat gecikib.
Bununla əlaqədar komandanın son məşqçi, həmçinin baş məşqçi Yorgen Lennartsonun mətbuat konfransı da 1 saat gec başlayacaq. Belə ki, məşq saat 21:00-da, mətbuat konfransı isə 22:00-da start götürəcək.