Frank Anderson: Qarabağla ilk oyunda qazandığımız üstünlüyü qorumağımız vacibdir
24 avqust 2016 17:30
İsveçin "Qöteborq" klubunun prezidenti Frank Andersson Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri cavab oyunundan (ilk oyun 1:0) öncə fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları söyləyib:
"Avrokuboklarda mübarizəni davam etdirmək bizim üçün ilk növbədə idman planında çox vacibdir. Amma eyni zamanda bunun maliyyə tərəfinin də əhəmiyyətini nəzərə almaq lazımdır. Buna görə də bizim üçün ilk oyunda qazandığımız üstünlüyü qorumağa borcluyuq".