Vitali Borisov: Arazdan niyə ayrıldım? Buna cavab vermək istəmirəm
24 avqust 2016 17:00
Serbiya "Ekonomats"ına transfer olunan futzal üzrə Azərbaycan yığmasının üzvü Vitali Borisov yeni klubunda işləri barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yeni klubumdakı işlərim yaxşıdır. Bu komandanı təsadüfən seçməmişəm. Mənə Belarus, Çexiya və Kipr klublarından da təkliflər var idi. Amma "Ekonomats"ın məşqçisi ilə münasibətimizin yaxşı olması qərarımda həlledici rol oynadı. Bundan başqa, klubun prezidenti də məni yaxşı tanıyır. Yeni mövsümdəki hədəfimiz yalnız Serbiya çempionu olmaqdır. Növbəti mövsüm UEFA Kubokunda elit mərhəldə oynamaq şansı qazanmaq istəyirik. "Araz"dan niyə ayrıldım? Bu suala cavab vermək istəmirəm".