Rasim Ramaldanov: Hər oyun qol vurmaq imkanım olur
24 avqust 2016 15:00
Azərbaycan yığmasının müdafiəçisi Rasim Ramaldanov Gürcüstanın "Kolxeti" klubunun heyətində "Sioni"yə qarşı keçirdikləri son çempionat oyunundan, eləcə də həmin görüşdə vurduğu qoldan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çətin oyun oldu. Meydan sahiblərinə də xal və xallar çox lazım idi. Amma birinci biz qol vurduq. Bunun ardından rəqib irəli atıldı. Biz də bundan yararlanıb daha bir qol vurduq. Məşqlərdə standart vəziyyətlər üzərində çox çalışırıq. Ucaboy olduğumdan belə standart vəziyyətlər zamanı mənə də ötürmələr edirlər. Baş məşqçi də bu üstünlüyümdən yararlanmaq istəyir. Şadam ki, bu oyunda qol vurdum. Demək olar ki, hər oyunda belə qol vurmaq imkanım olur. Sadəcə, bir qədər dəqiq oynamaq lazımdır".