Vüqar Nadirov: Ümid edirəm ki, Qöteborqla matçdan sonra sevinən biz olacağıq
24 avqust 2016 13:30
"Qarabağ"ın hücumçusu Vüqar Nadirov Premyer Liqanın 3-cü turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyundan, eləcə də Avropa Liqasının pley-off mərhələsində İsveç "Qöteborq"una qarşı baş tutacaq cavab görüşündən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Fikrimcə, "Neftçi"yə qarşı pis oynamadım. Gələcəkdə daha yaxşı oynamağa, komandama faydalı olmağa çalışacağam. Mənim də qol vurmaq imkanım oldu, amma yararlana bilmədim. Bu mövsüm daha çox qol vurmağa çalışacağam.
Qarşıda bizi "Qöteborq"la vacib oyun gözləyir. Çətin olacaq. İlk oyun rəqibin sıradan komanda olmadığını göstərdi. Ümid edirəm ki, sonda sevinən biz olacağıq".