Azərbaycan Gürcüstana böyük hesabla uduzdu
24 avqust 2016 00:30
Azərbaycanın U-17 yığması Gürcüstandakı təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, millimizin üzvləri yenə yerli həmyaşıdlarına qarşı mübarizə aparıblar.
Qarşılaşma komandamızın 1:4 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, yığmamız ilk oyunda 1:3 hesabıyla uduzmuşdu.