Birinci Divizionun püşkü atıldı
23 avqust 2016 14:30
Futbol üzrə Azərbaycan Birinci Divizionunda 2016/2017-ci illər mövsümünün püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil olunan mərasimdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, klub nümayəndələri və jurnalistlər iştirak ediblər.
Püşkatmanın nəticələrinə görə, ilk turun cütləri aşağıdakı kimidir:
Birinci divizion
1-ci tur
7-8 sentyabr
“Rəvan” – “Turan Tovuz”
“Zaqatala” – “Şahdağ”
“Şəmkir” – “Şərurspor”
“Bakılı” – “Ağsu”
“Mil Muğan” – “Səbail”
MOİK – “Energetik”
“Qaradağ Lökbatan” – “Göyəzən”