Neftçi Qarabağla oyundan sonra istirahət edir
23 avqust 2016 14:00
"Neftçi" Premyer Liqanın 3-cü turunda "Qarabağ"a 0:3 hesablı məğlubiyyətdən sonra istirahətə buraxılıb. Azerisport.az xəbər verir ki, istirahət 3 gün davam edəcək.
Komanda sabah - avqustun 24-də bir araya gəlib hazırlığı bərpa edəcək.
"Ağ-qaralar" Premyer Liqada yaranmış fasilə müddətində bir yoxlama oyunu da keçirəcək. Amma rəqibin kim olacağı hələ bəlli deyil.