Qarabağ - Qöteborq matçına 4000 bilet satılıb
23 avqust 2016 10:30
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"la İsveçin "Qöteborq" klubu arasında keçiriləcək cavab matçına bilet satışı davam edir. Azerisport.az xəəbr verir k, artıq bu oyuna 4000 bilet satılıb.
Qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionu isə 31200 azarkeş tutumuna malikdir.
Qeyd edək ki, sözügedən qarşılaşma avqustun 25-də keçiriləcək və saat 20:30-da start götürəcək. İlk oyunda Ağdam klubu 0:1 hesabıyla məğlub olub.