Odikadze: Çempionluğa 3 namizəd var: Qarabağ, Qəbələ və İnter
23 avqust 2016 00:30
İnterin sabiq futbolçusu David Odikadze bəyan edib ki, Azərbaycan futbolunu hazırda da izləyir. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Azərbaycan futbolunu izləyirəm. "İnter"ə azarkeşlik edirəm. İlk turda "Qarabağ" üzərində qələbələrini bir sözlə ifadə edə bilərəm: super. Fikrimcə, bu mövsüm çempionluq uğrunda 3 komanda mübarizə aparacaq: "Qarabağ", "Qəbələ" və "İnter".
Amma çempionatda klub sayının az olması təəssüf doğurur. Mənim olduğum dövrdəki rəqabət indi yoxdur. "Qarabağ" digər komandalardan fərqlənir".