Əzizov oynadı, komandası darmadağın oldu
23 avqust 2016 00:20
Futbol üzrə Hollandiya birinci divizionunda (Jupiler Liqa) 4-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun komandası - "Den Boş" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Volendam" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 2:5.
Ziya start heyətdə çıxdığı bu matçın sonunadək meydanda olub.
Qeyd edək ki, "Den Boş" 4 turdan sonra 3 xalla 20 komanda arasında 16-cıdır.