Viktor Kaşşai Qəbələnin oyununda
22 avqust 2016 15:40
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qəbələ" ilə Sloveniya "Maribor"u arasında baş tutacaq cavab matçının hakim təyinatları açıqlanıb. Azerisport.az xəbər verir ki, qarşılaşmanı macarıstanlı hakimlər briqadası idarə edəcəklər.
Baş hakim məşhur Viktor Kaşşai olacaq. Ona Dyordi Rinq və Ventsel Tot kömək edəcək. Dördüncü hakim funksiyasını isə Tomaş Boqnar həyata keçirəcək.
Qeyd edək ki, "Maribor" - "Qəbələ" matçı avqustun 25-də "Lyudski vrt" stadionunda keçiriləcək və saat 22:15-də start götürəcək.