Qarabağ - Qöteborq matçı rusiyalı hakimlərə tapşırıldı
22 avqust 2016 15:20
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"la İsveç "Qöteborq"u arasında baş tutacaq cavab matçının hakim təyinatları açıqlanıb. Azerisport.az xəbər verir ki, qarşılaşmanı rusiyalı hakimlər briqadası idarə edəcəklər.
Baş hakim Vladislav Bezborodov olacaq. Ona Valeri Dançenko və Maksim Qavrilin kömək edəcək. Dördüncü hakim funksiyasını isə Kirill Levnikov həyata keçirəcək.
Qeyd edək ki, "Qarabağ" - "Qöteborq" matçı avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:30-da start götürəcək.