Ruslan Əmircanov 50-ci oldu
22 avqust 2016 14:00
Azərbaycan Premyer Liqasının 3-cü turu AZAL-ın futbolçusu Ruslan Əmircanov üçün əlamətdar olub. Azerisport.az xəbər verir ki, 31 yaşlı müdafiəçi Azərbaycan çempionatlarında yubiley oyununa çıxıb.
Ölkə çempionatlarında 2001/02 mövsümündə debüt edən futbolçu 250-ci matçında iştirak edib. Bu, “Zirə” ilə matçda (1:3) gerçəkləşib. Bu görüşlərdə 5 qol vuran Əmircanov indiyədək 8 klubun formasını geyinib. O, “Ümid”də 2, “Ədliyyə”də 23, “Karvan”da 54, “Standard”da 42, “Neftçi”də 54, “İnter”də 65, “Qəbələ”də 7 və AZAL-da 3 matç keçirib.
Xatırladaq ki, ötən tur “İnter”in futbolçusu Samir Zərgərov 250-ci oyununu keçirmişdi. Ümumilikdə isə Əmircanov hesabında 250 və daha çox oyun olan 50-ci futbolçu olub.