Neftçinin oyunçuları maaşının yarısını itirə bilər
22 avqust 2016 13:00
"Neftçi"nin baş məşqçisi Vəli Qasımov Premyer Liqanın 3-cü turunda "Qarabağ"a 0:3 hesablı məğlubiyyətdən sonra futbolçuların cəzalanacağını açıqlayıb. Azerisport.az xəbər verir ki, böyük ehtimalla komanda üzvləri avqust ayının maaşının yarısından məhrum olacaq.
Bu barədə yekun qərarı isə klubun Müşahidə Şurasının üzvləri verəcəklər.