Millimiz Gürcüstana uduzdu
22 avqust 2016 12:20
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Gürcüstanda təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Gürcüstanın müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşan futbolçularımız 1:3 hesabı ilə məğlub olub.
Yığmamızın qolunu Kamran Quliyev vurub.
Avqustun 23-də bu komandalar arasında daha bir yoxlama oyunu keçiriləcək.