Budaq Nəsirov Sportinqdə debüt etdi
21 avqust 2016 13:00
Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda liqa) 3-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun komandası - "Sportinq B" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Fafe" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 2:4.
İlk iki turda meydana çıxmayan Budaq nəhayət ki, bu oyunda yeni klubunda debüt edib. O, 82-ci dəqiqədə meydana çıxıb.
Qeyd edək ki, 3 turdan sonra "Sportinq"in ikinci komandası 3 xalla 22 komanda arasında 15-ci pillədə qərarlaşıb.