Ramaldanov qol vurdu, komandası qalib gəldi
21 avqust 2016 00:55
Gürcüstan çempionatında 3-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Rasim Ramaldanovun komandası - "Kolxeti" də növbəti matçına çıxıb.
Poti təmsilçisi səfərdə Bolnisi "Sioni"si ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0.
Rasim qarşılaşmaya start heyətdə başlayıb və sonadək mübarizə aparıb. O, bu matçda komandasının qələbəsinə qolla töhfə verib. Müdafiəçi olmasına baxmayaraq, futbolçumuz 63-cü dəqiqədə hesabı açmaqla diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, "Kolxeti" 3 turdan sonra 6 xalla yer aldığı "altılıq"da 2-ci pillədə qərarlaşıb.