Qarabağla Qəbələnin qrup mərhələsindəki rəqibləri nə vaxt bilinəcək?
20 avqust 2016 16:30
Avropa Liqasının qrup mərhələsinin püşkatma tarixi müəyyənləşib. Azerisport.az xəbər verir ki, sözügedən tədbir avqustun 26-da Monakoda təşkil olunacaq.
Püşkatma Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Qeyd edək ki, bu turnirdə çıxış edən "Qarabağ"la "Qəbələ" də qrup mərhələsində çıxış etmək şansına malikdir. Komandalarımızın mərhələni adlayıb-adlamayacağı püşkdən bir gün öncə - avqustun 25-də bilinəcək.