Qəbələ - Lill matçında rus hakimlər
30 iyul 2016 12:30
Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qəbələ" ilə Fransanın "Lill" klubu arasında keçiriləcək cavab oyununa hakim təyinatları açıqlanıb. Azerisport.az xəbər verir ki, bu oyunu rusiyalı hakimlər briqadası idarə edəcək.
Qarşılaşmanın baş hakimi Aleksey Yeskov olacaq. Ona yan xətt hakimləri Dmitri Mosyakin və İqor Demeşko kömək edəcək. Dördüncü hakim funksiyasını isə Vladimir Moskale yerinə yetirəcək.
Qeyd edək ki, "Qəbələ" - "Lill" matçı iyulun 4-də "Bakcell Arena"da keçiriləcək və saat 21:00-da start götürəcək.