Rumıniya millisinin sabiq forvardı Neftçiyə keçir
30 iyul 2016 11:30
Rumıniyalı hücumçu Katalin Tira karyerasını "Neftçi"də davam etdirəcək. Azerisport.az xəbər verir ki, bu barədə "Gazeta Sporturilor" məlumat yayıb.
Məlumatda bildirilir ki, "Rapid"də çıxış edən bu futbolçu sözügedən klubun Rumıniya Liqa 1-indən uzaqlaşdırılmasından sonra "Neftçi"yə keçməyə qərar verib.
Tira şənbə günü (bu gün) Bakıya gedəcəyini açıqlayıb: "Şənbə günü Bakıya gedib, yeni komandama qoşulacağam. Bu, mənim üçün yaxşı təcrübə olacaq".
Qeyd edək ki, Tira karyerasına Hollandiyanın "Den Haaq" klubunda başlayıb. 2014/15 mövsümündə Rumıniya "Braşov"unda 19 oyunda 2 qol vurub. Son iki mövsümdə isə "Konkordiya" və "Rapid"ə çıxış edib. Rumıniyanın gənclərdən ibarət yığmasında 3 oyun keçirib, 1 qol vurub.