Millimizin üzvündən uğurlu debüt
30 iyul 2016 00:30
Almaniya üçüncü Bundesliqasında yeni mövsümə start verilib. Azerisport.az xəbər verir ki, mövsümün açılış oyununda Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın komandası - "Duysburq" doğma meydanda "Paderborn"la qarşılaşıb.
Matç futbolçumuzun klubunun qələbəsi ilə başa çatıb - 1:0. Start heyətdə meydana çıxan Erat sonadək mübarizə aparıb.