Zirə - Göztəpə oyununda qalib müəyyənləşmədi
Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” ikinci yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, “qartallar” qardaş ölkənin “Göztəpə” klubu ilə üz-üzə gəlib. Oyun 1:1 hesabı ilə başa çatıb.
Qarşılaşmanın ilk dəqiqələrindən sürətli hücumlar həyata keçirən Adil Şükürovun rəhbərlik etdiyi kollektiv tezliklə hesabı açıb. Təmkin Xəlilzadənin qapı qarşısına ötürməsindən sonra müdafiəçilər topu uzaqlaşdıra bilməyiblər və kapitan Elvin Məmmədov dəqiq zərbə endirib. Ancaq fasilədən sonra rəqib hesabı bərabərləşdirib. Beləcə, oyun heç-heçə başa çatdı.
Qeyd edək ki, “Zirə” sabah səhər bərpa məşqi ilə Türkiyə toplanışını başa vuracaq. Gecə saatlarında isə komanda vətənə dönəcək.
Yoxlama oyunu
29 iyul
“Zirə” - “Göztəpə” - 1:1
Qollar: Elvin Məmmədov, 11; Tayfur Bingöl, 55.
“Zirə”: Anar Nəzirov, Yovan Krneta, Migel Lorenso, Aleksandr Şemonayev, Tural Cəlilov, Vüqar Mustafayev, Milan Duriç, Elvin Məmmədov, Təmkin Xəlilzadə, Gerhard Proqni, Murad Səttarlı.
Ehtiyat oyunçular: Kamal Bayramov, Abdulla Seydəhmədov, Adil Nağıyev, Cəmil Hacıyev, İkin Muradov, Elgün Nəbiyev, Yamin Ağakərimzadə, Vüsal İskəndərli, Nurlan Novruzov, Yasin Həmid.
Baş məşqçi: Adil Şükürov.
“Göztəpə”: Günay Güvenç, Tanju Kayhan, Emre Can Coşkun, Leo Şeklen, Mehmet Erdem Uğurlu, Jan-Jokue Qosso, Prins Seqbefia, Gökhan Karadeniz, Tayfur Bingöl, Famoussa Kone, Umut Nayir.
Ehtiyat oyunçular: Göktuğ Bakırbaş, Cemil Vatansever, Fatih Kurucuk, Salim İyik, Hakan Barış, Halil Akbunar, Emre Aygün, Soner Dikmen, Burak Çolak, İsmail Köse, Benjamin Fuks.
Baş məşqçi: Okan Buruk.