Zaur Həşimov: ÇL-in təsnifatı Premyer Liqa deyil, Qarabağ 3-5 qol vursun
29 iyul 2016 20:00
"Qarabağ"ın sabiq futbolçusu Zaur Həşimov Ağdam klubunun ÇL-in üçüncü təsnifat mərhələsi çərçivəsində Çexiya "Viktoriya"sını keçmək şanslarını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Səfərdəki qolsuz heç-heçə pis nəticə deyil. Amma ev oyunu daha çətin keçəcək. Çünki "Qarabağ" qol vurub, qələbə qazanmalıdır, eyni zamanda öz qapısını toxunulmaz saxlamlıdır. "Viktoriya"nın güclü heyəti var. Təcrübəli oyunçulara malik komandadır. Belə rəqiblə oyunda tələsmək olmaz. Soyuqqanlı oynamaq lazım gələcək. "Qarabağ"ın hücum xəttini zəif hesab etmirəm. Sadəcə, biz onların çempionatda hər oyunda 3-5 qol vurmasına alışdığımıza görə, indi belə düşünməyə başlamışıq. Amma ÇL-in təsnifat mərhələsi Azərbaycan çempionatı deyil".