Təmkin Xəlilzadə: Zirə ən azı ötən mövsüm qazandığı uğuru təkrarlamalıdır
29 iyul 2016 18:30
"Zirə"nin yarümmüdafiəçisi Təmkin Xəlilzadə komandasının Türkiyə toplanışını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İlk oyunumuzu "Qaziantep BB" klubuna qarşı keçirdik. Şadam ki, həmin oyunda 1:0 hesabı ilə qalib gəldik. Hər oyunda daha da artırdığımız hiss olunur. Heyətdə yeni futbolçular olsa da, onların uyğunlaşmaqla bağlı problemi yoxdur. İnanıram ki, onlar klubumuza faydalı olacaqlar. Qarşıda "Göztəpə" ilə oyun var. Bu oyunda da qələbə qazanıb, toplanışı yaxşı əhval-ruhiyyə ilə başa vurmaq istəyirik. Ötən mövsüm qazandığımız uğuru təkrarlamağımız və avrokuboklara vəsiqə əldə etməyimiz lazımdır".