Julien Ebah: Yeni mövsümdə Kəpəzdə qalacağıma əminəm
29 iyul 2016 16:40
"Kəpəz"in hücumçusu Julien Ebah komandasının yeni mövsümkü hədəflərindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Kəpəz"də qalacağam. Heç bir kluba keçmək fikrim yoxdur. Menecerim başqa variant olub-olmadığını daha yaxşı bilir. Amma mən yeni mövsümdə "Kəpəz"də oynayacağıma əminəm. İndiki ya ötən mövsümdəki heyətimizin güclü olduğunu indidən demək çətidir. 4-5 turdan sonra bəlkə də belə fikirlər yürütmək olar. Avropa Liqasını da Azərbaycan çempionatı ilə müqayisə etmək olmaz. İlk rəqibimiz "Qəbələ"dir. Bu görüşdə müsbət nəticə qazanmağa çalışacağıq. Çətin olacaq. Amma biz öz istəyimizə çatmaq üçün əlimizdən gələni edəcəyik".