İbrahim Amadu: Qəbələyə cavab oyununda öz gücümüzü göstərməliyik
29 iyul 2016 13:00
Fransanın "Lill" klubunun yarımmüdafiəçisi İbrahim Amadu Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən görüşdən sonra bunları söyləyib:
"Heç-heçə avrokuboklarda ev oyunu üçün heç də pozitiv nəticə deyil. Amma biz öz istəyimizə çatacaq durumdayıq. Cavab oyununda "Qəbələ"yə öz gücümüzü və oyunumuzu göstərməliyik. Bu dəfə bizdə xüsusilə ilk yarıda öz oyun tempimizi ortaya qoymaq alınmadı. Rəqib daha təhlükəli hücumlar təşkil edirdi. Amma ikinci hissədə hər şey dəyişdi, biz daha güclü çıxış etdik. Əlbəttə, cavab oyunu da çətin keçəcək. Amma biz qələbəyə iddia edə bilərik".