Samir Məsimovun klubundan sensasiya
29 iyul 2016 11:40
Azərbaycanlı futbolçu Samir Məsimovun komandası - Sloveniyanın "Domjale" klubu Avropa Liqasında növbəti matçını keçirib. Azerisport.az xəbər verir ki, sözügedən komanda turnirin üçüncü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində ötən gecə doğma meydanda İngiltərənin "Vest Hem" klubunu qəbul edib.
Qarşılaşma 2:1 hesabıyla futbolçumuzun komandasının xeyrinə başa çatıb. Amma Məsimov bu görüşün iştirak ərizəsində yer almayıb.