Qəbələ kamerunlu forvardı almaqdan imtina etdi
29 iyul 2016 11:00
"Qəbələ" bir müddət öncə razılığa gəldiyi, hətta ölkəmizə dəvət etdiyi kamerunlu hücumçu Marsel Essombeni transfer etməkdən imtina edib. Azerisport.az xəbər verir ki, 28 yaşlı futbolçu tibbi müayinədən uğurla keçə bilməyib.
Zədəsi aşkarlanan futbolçu dərhal geri qaytarılıb. Bu üzdən də "Qəbələ" hazırda başqa hücumçu axtarışına çıxıb.