Emin Ağayev Volqadan ayrıldı
28 iyul 2016 20:00
Azərbaycan yığmasının sabiq müdafiəçisi Emin Ağayev işsiz qalıb. Azerisport.az xəbər verir ki, o, Rusiyanın "Volqa" (Tver) klubunun baş məşqçi postundan istefa verib.
Artıq Emini bu postda kimin əvəzlədiyi də bilinir. Bu, 62 yaşlı mütəxəssis Vladimir Pavlenkodur.
Qeyd edək ki, "Volqa" yeni baş məşqçisi ilə də çıxdığı son iki oyunda məğlub olub.