Nikola Valentiç: Ümid edirəm ki, Qəbələ Lill səddini də keçəcək
28 iyul 2016 19:30
"Qəbələ"nin sabiq müdafiəçisi Nikola Valentiç bu komandanın Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Fransanın "Lill" klubuna qarşı keçirəcəyi ilk oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qəbələ"ni izləyirəm. Onlar avrokuboklarda uğurlu çıxış edirlər. "Lill" təcrübəli klubdur. Onlara qarşı oynamaq çox çətin olacaq. Amma futbolda hər şey mümkündür. Buna görə də ümid edirəm ki, "Qəbələ" bu komandanı keçə biləcək. İlk oyunda diqqətli oynamaq lazımdır. Yalnız belə olan halda Fransanı uğurlu nəticə ilə tərk etmək olar".