Əfran İsmayılov: Səfərdəki qolsuz heç-heçənin nə dərəcədə sərfəli olduğunu söyləmək çətindir
28 iyul 2016 18:30
"Qarabağ"ın yarımmüdafiəçisi Əfran İsmayılov Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Çexiyanın "Viktoriya" klubuna qarşı keçirdikləri ilk oyunu (0:0) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Səfər oyunumuz çox çətin keçdi. "Viktoriya" matçın sonunda azlıqda qalsa da, öz oyun üslubunu davam etdirməyə çalışdı. Biz isə maksimum diqqətli oynamağa çalışırdıq. Çoxdan idi belə güclü rəqibə qarşı oynamırdıq. Düzünü desəm, şəxsən mən "Viktoriya" ilə oyundan həzz aldım. Səfərdəki qolsuz heç-heçənin bizim üçün nə dərəcədə sərfəli olduğunu söyləmək çətindir. Hər şeyə Bakıdakı oyunda aydınlıq gələcək. Əsas odur ki, ev oyununda öz qapımızı toxunulmaz saxlamaq şərtilə qol vuraq".