Qəbələ Lilldə dəstəksiz qalmayacaq
28 iyul 2016 13:40
"Qəbələ" Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində bu gün Fransanın "Lill" klubuna qarşı keçirəcəyi səfər oyununda dəstəksiz qalmayacaq. Azerisport.az xəbər verir ki, komandamızı təxminən 50 azarkeşin dəstəkləməsi gözlənilir.
Avropada yaşayan həmyerlilərimiz artıq bununla əlaqədar kluba müraciət ediblər.