Qarabağ - Viktoriya matçının biletləri şənbə günü satışa çıxarılacaq
28 iyul 2016 13:20
"Qarabağ" Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab matçında avqustun 2-də Respublika stadionunda Çexiyanın "Viktoriya" klubunu qəbul edəcək. Azerisport.az xəbər verir ki, azarkeşlər bu qarşılaşmanın biletlərini iyulun 30-da, saat 12:00-dan etibarən Respublika stadionunun kassalarından əldə edə bilər.
Qarşılaşma 2 avqust saat 20:30-da start götürəcək.
Xatırladaq ki, tərəflər arasında ilk matç 0:0 hesabı ilə başa çatmışdı.