Mahmud Qurbanov: Lillə ən azı bir qol vurmaq lazımdır
Azərbaycan yığmasının məşqçisi Mahmud Qurbanov Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Qəbələ" ilə Fransanın "Lill" klubu arasında baş tutacaq ilk oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Fransa klubları ilə elə də tez-tez qarşılaşmırıq. İndiyə kimi "Monpelye", "Sent-Etyen" və "Monako" Azərbaycana gəlib. Bu ölkənin klublarına qarşı oynamağın asan olmadığını deməklə yəqin ki, heç kim üçün böyük bir sirr açmış olmuram. Amma "Qəbələ" bu mövsüm yaxşı oyun sərgiləyir. Ona görə də rəqib nə qədər güclü olsa da, müsbət nəticəyə ümid etməyə dəyər. "Qəbələ"nin heyətində xüsusilə yeni gələnləri fərqləndirərdim. Çünki Azərbaycanda legionerlər təsadüfi hallarda gələn kimi belə faydalı olmağa başlayırlar. "Qəbələ"nin bu baxımdan bəxti gətirib. Komandamız səfərdə ən azı bir qol vurmalıdır. Bütövlükdə, fransızlarla oyun "Qəbələ"nin əls gücünü ortaya qoyacaq".