AZAL hazırlığa yoxlama oyunu ilə yekun vurur
28 iyul 2016 11:30
İyunun 20-dən etibarən hazırlıga başlayan AZAL təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, "təyyarəçilər" iyulun 30-da son yoxlama oyununu keçirəcək.
Bu dəfə rəqib birinci divizyon təmsilçisi “Qaradag Lökbatan” olacaq. “AZAL Arena”da baş tutacaq görüş saat 18:00-da başlayacaq.
Qeyd edək ki, bununla da komanda mövsümün hazırlığına yekun vuracaq. Birgünlük istirahətdən sonra futbolçular yenidən bir araya gələrək “Neftçi” ilə görüşün hazırlıgına start verəcək.