Qəbələnin fransızlarla oyun üçün start heyəti
28 iyul 2016 11:15
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Fransanın "Lill" klubuna qarşı ilk dəqiqələrdən hansı futbolçulara şans verəcəyinə aydınlıq gətirib. Azerisport.az xəbər verir ki, ukraynalı mütəxəssis bu start heyətinə güvənməyə hazırlaşır:
Dmitri Bezotosnı, Voyislav Stankoviç, Rəşad Sadiqov (k), Nika Kvekveskiri, Sergey Zenyov, Vitali Vernidub, Məhəmməd Mirzəbəyov, Baqali Dabo, Filip Ozobiç, Rikardinyo, Teo Uiks.