Orxan Hüseynzadə Avroliqa matçına təyinat aldı
28 iyul 2016 11:00
Orxan Hüseynzadə beynəlxalq oyuna təyinat alıb. Azerisport.az xəbər verir ki, UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində avqustun 4-də, Avstriyanın Vyana şəhərindəki “Weststadion”da keçiriləcək "Rapid Vyana" (Avstriya) - "Torpedo Jodino" (Belarus) qarşılaşmasının UEFA nümayəndəsi Orxan Hüseynzadə olacaq.