Nazarov oynadı, komandası son sınağında bərabərə qaldı
28 iyul 2016 00:10
Almaniyanın "Ersgebirge" klubu növbəti mövsümə hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu Aue təmsilçisi digə Almaniya klubu "Hannover"lə qarşılaşıb.
Növbəti mövsümdə ikinci Bundesliqada çıxış edəcək klubların dueli bol qollu alınsa da, qalib müəyyənləşməyib - 3:3.
Nazarov bu görüşün 63-cü dəqiqəsində meydana çıxıb.