Lill - Qəbələ matçının Pyer Moruada keçirilməsinə Rihanna mane olub
Bu gün "Qəbələ" Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində səfərdə Fransanın "Lill" klubunun qonağı olacaq. Azerisport.az xəbər verir ki, bu qarşılaşma "Lill"in əsas və yeni stadionunda - "Pyer Morua"da yox, ehtiyat stadionunda - "Lill-Metropol"da keçiriləcək.
Buna iyulun 24-də "Pyer Morua"da məşhur müğənni Rihannanın konsert verməsi səbəb olub. Belə ki, konsertdən sonra "Lill" rəhbərliyi arenanın qazonunu dəyişdirməyi planlaşdırdığı üçün, "Qəbələ" ilə matçın "Lill-Metropol"da keçirilməsinə qərar verib.
Qeyd edək ki, bu iki stadion arasında çox böyük fərq var. Məsələ burasındadır ki, "Lill-Metropol" arenası 18 185 azarkeş tutumuna malik olduğu halda, "Pyer Morua" 50 186 azarkeş qəbul edə bilir.
İyulun 28-də baş tutacaq "Lill" - "Qəbələ" matçı Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.