Lillin futbolçusu: Qəbələyə qalib gəlməyə çalışacağıq
27 iyul 2016 21:30
Fransanın "Lill" klubunun kapitanı Antonio Mavuba Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini bölüşüb. Azerispot.az sizi onun bu gün baş tutan mətbuat konfransındakı açıqlamaları ilə tanış edir:
"Sabahkı duelə hazırıq. Rəqibin çox ciddi komanda olduğunu, yaxşı forma yığdığını bilirik. Amma bizim də öz statusumuz var. Buna görə də sabah qələbə qazanmağa çalışacağıq. Rəqib artıq iki mərhələ keçib, yaxşı oyun göstərib. Xüsusilə də onların ötən mövsüm "Krasnodar"a qarşı oyunlarını qeyd edərdim. Biz hələ Teo Uiksi tanımırıq. Bizə deyiblər ki, "Qəbələ"nin heyətində iki yaxşı futbolçu var. Cinah oyunçularının da yaxşı olduğunu eşitmişəm".